Ekonomiks 16:59 26.07.2022

Şabran sakinləri müraciətlərini "Açıq mikrofon"dan ünvanladılar (FOTOLAR)

Bu gün Şabran rayonunda qurulan "Səyyar qəbul otağı”nın imkanlarından istifadə edən sakinlər yaşadıqları ərazinin təbii qazla təmin olunması üçün Birliyin baş direktoru Ruslan Əliyevə müraciət ediblər.

Qaynarinfo xəbər verir ki, şəhid ailələrinin də iştirak etdiyi aksiyada səsləndirilən problem və şikayətlər Birliyin məsul şəxsləri tərəfindən qeydiyyata alınıb və sakinlərə ətraflı məlumat verilib. Tədbirdə yaşayış məntəqəsinin təbii qazla təmin olunması ilə yanaşı, fərdi yaşayış evlərinin qazlaşdırılması, qapı keçidlərinin quraşdırılması və yaranmış debitor borcun araşdırılması üçün müraciət edən sakinlər də mikrofon qarşısına keçiblər.

Qeyd edək ki, baş tutan bu aksiya vətəndaşların böyük marağına səbəb olub. Növbəti "Səyyar qəbul otağı” 27 iyul tarixində Siyəzən rayonunda vətəndaşların ixtiyarına veriləcək.