Ekonomiks 10:00 01.02.2024

Azərbaycandakı məşhur istirahət mərkəzində güclü yanğın (YENİLƏNİB/VİDEO)

Fövqəladə Hallar Nazirliyi Lerik rayonunun Sivəkəran kəndində Təbəssüm İstirahət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb.

Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09.15
 
Lerikdə yerləşən Təbəssüm Ailəvi İstirahət Mərkəzində güclü yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə istirahət mərkəzinin sahibi Akif Əliyev məlumat yayıb.

Onun sözlərinə görə, yanğın nəticəsində mərkəzin 5 binası, mətbəx və qonaq otaqları yanıb.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Aydın