Ekonomiks 16:12 12.08.2023

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası davam edir

Növbəti həftə (14-15.08.2023 və 17-18.08.2023 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyası keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü Samux rayonu, Çobanabdallı kəndində (kənd tam orta məktəbinin qarşısı), 2-ci günü Göygöl rayonu, Hacıkənd kəndində (Nizami Gəncəvi Parkı), 4-cü günü Goranboy rayonu, Rəhimli kəndində (kənd tam orta məktəbinin qarşısı), 5-ci günü isə Naftalan rayonu, Xan Qərvənd kəndində (Mirzə Məmmədov adına tam orta məktəbin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.