İdman 19:08 03.10.2022

Birinci Divizion matçında məşqçilərin hakimlərin otağında nə işi vardı?

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Birinci Divizionun 5-ci turunda yol verilən qayda pozuntuları ilə əlaqədar aşağıdakı qərarlar qəbul edilib.

"Qəbələ” – "Zirə” oyununda "Zirə” klubunun nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün "Zirə” klubu 80 manat cərimə olunur.

"Qəbələ” – "Zirə” oyununda polis nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün "Qəbələ” klubu 40 manat cərimə olunur.

"Neftçi” – "Zaqatala” oyununda topdaşıyan uşaqlar oyun zamanı topla hərəkət etdiyi üçün "Neftçi” klubu 80 manat cərimə olunur.

MOİK – "Kəpəz” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.

MOİK – "Kəpəz” oyununun 85-ci dəqiqəsində "Kəpəz” klubunun 20 nömrəli futbolçusu Həsənov Mahir qeyri-idman hərəkətinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

MOİK – "Kəpəz” oyununun 39-cu dəqiqəsində "Kəpəz” klubunun məşqçisi Orxan Verdiyev hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

"Səbail” – "Qarabağ” oyununun 26-cı dəqiqəsində "Qarabağ” klubunun 26 nömrəli futbolçusu Ruslan Bayramov rəqibi aşkar qol vurmaqdan məhrum etməsinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

"Səbail” – "Qarabağ” oyununda top və xərək daşıyan şəxslər komandaların paltardəyişmə otaqlarının yanında gəzdiyi, tuneldən istifadə edərək Zona-1 tələblərini pozduğu üçün "Səbail” klubu 80 manat cərimə olunur.

"Səbail” – "Qarabağ” oyununda hakimlər otağında 3 məşqçisinin oturmasına, yalnız hakimlərin gəlişindən sonra çıxmasına görə hakimlər otağın təmizlənməsini bir neçə dəqiqə gözlədiyi üçün "Səbail" klubu 80 manat cərimə olunur.

Səbuhi Həsənov