Ekonomiks 17:29 25.03.2024

"Bu məhsullar satışdan yığışdırılmalıdır" - Ekspert

"Hər bir ərzaq və kənd təsərrüfatı məhsullarının saxlanma müddəti var. Həmin müddət başa çatdıqdan sonra həmin məhsullar satışdan yığışdırılır. Yaxşı olar ki, bu müddətin bitməsinə ən azı 10 gün qalmış həmin məhsullar böyük endirimli qiymətlə alıcıya təklif edilsin". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib. Ekspert bildirib ki, bəzi məhsullar bir günə xarab olur:

"Onsuz da onu sabah kimsə almayacaq. Süd, qatıq, balıq, göyərti məhsulları bir gündən sonra xarab olur. Bu məhsullar açıq və isti havada qalmır. Vaxt bitən kimi onlar satışdan yığışdırılmalıdır. Əks halda, onun satışda olması insanları zəhərləyə bilər. Bir də baxırsan ki, məhsul xarab olub, amma yenə satışdadır".

Ekspert deyir ki, kənd təsərrüfatı məhsullarının qiyməti saxlama müddətinə görə təyin edilməlidir: 

"Kartof, soğan, kök, kələm və s. məhsulun saxlanma müddəti var. Məhsulun köhnəlmək dərəcəsini bilmək vacibdir. Bizdə belə bir təşkilatlar yoxdur".
 
Bahar Rüstəmli