Siyasət 09:59 16.07.2022

Ceyhun Bayramovun Gürcüstana səfəri başladı (YENİLƏNİB)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri başlayıb.
 
APA-nın Gürcüstan bürosu xəbər verir ki, XİN baçısının olduğu təyyarə Tbilisidə Şota Rustaveli adına Beynəlxalq Hava Limanına eniş edib. Ceyhun Bayramov səfər çərçivəsində Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, xarici işlər naziri İlia Darçiaşvili və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Gürcüstana yola düşüb.
 
08:37

Bu barədə Qaynarinfo-ya Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində C.Bayramovun Gürcüstan Baş naziri, xarici işlər naziri və Ermənistan Respublikası xarici işlər naziri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur