Dəstək

Saytımız müxtəlif texnoloji yenilikləri özündə birləşdirən, ağıllı alqoritm əsasında işləyən yeni nəsil onlayn mediadır. Məqsədimiz yalnız media olaraq qalmaq yox, oxucularımızın bir çox maraqlarını təmin etməyə hədəflənmiş rəqəmsal platformaya çevrilməkdir. Bunun üçün də hər bir oxucunun maraq və istəklərini təyin etməyə ehtiyac var. Siz qeydiyyatdan keçməklə həm seçkin xidmətləri özünüz üçün əlçatan edir, həm də bizə bu işi daha təkmil yerinə yetirməyə yardım etmiş olursunuz.  

Saytda qeydiyyatdan keçənlər bir çox xidmətlərdən istifadə imkanı qazanır. Unutmayın ki, peşəkar texniki heyətin dəstəyi ilə sayt daim yenilənir, tez-tez yeni funksiyalar əlavə olunur, xidmətlər siyahısı genişlənir. bununla belə hazırda aktiv olan bəzi əsas funksiyaları təqdim edirik:

AİLƏMİZƏ QOŞULUN: Qeydiyyatdan keçməklə "Qaynarinfo" ailəsinin bir üzvünə çevrilir, şəxsi kabinetiniz yaranır, çoxsaylı funksiyalara açar əldə etmiş olursunuz. 

POZİTİV XƏBƏR: Bir çox insanlar günün bəzi xəbər və hadisələrindən qaçmağa çalışır, bu kimi xəbərlərin onlara mənfi təsir etdiyini düşünür. Siz də yalnız pozitivə köklənməyi xoşlayırsınızsa, saytın sol menyusunda yer alan "Pozitiv" düyməsini aktivləşdirin və neqativ hesab etdiyiniz xəbərlərdən uzaq olun. 

SƏSİNİZİ DUYURUN: İstənilən xəbərin müzakirəsinə qoşulmaq, fikir bildirmək, başqalarının fikrinə münasibət bildirmək, duyğusal münasibətinizi ifadə etmək imkanı qazanırsınız.

BİRBAŞA TƏMAS: Profilinizdəki "Məktublar" bölməsindən "Qaynarinfo" ilə birbaşa təmas imkanlarına sahib olursunuz. Yaxın gələcəkdə həm də digər istifadəçilərlə də məktublaşmaq, şəxsi müzakirələr açmaq imkanı qazanacaqsınız.

BİLDİRİŞLƏR: Saytın sizə aid olan bütün addımlarından vaxtında xəbərdar olacaqsınız. Başqalarının sizin fikirlərinizə münasibətindən anında xəbər tutacaq və reaksiya verə biləcəksiniz.

SEÇİLMİŞ OLUN: Müxtəlif maraq qrupları üçün peşəkarlar tərəfindən hazırlanmış və yalnız qeydiyyatlı istifadəçilər üçün əlçatan olan faydalı məlumatlardan yararlana bilərsiniz. Bu materiallar adi oxucu üçün əlaçatan olmayacaq. Yaxın gələcəkdə isə müxtəlif alətlərin köməyi ilə məhz nə kimi materialları oxumaq istədiyinizi də özünüz sifariş verə biləcəksiniz.

ABUNƏLİK: Abunəlik - hər şeydən öncə "Qaynarinfo"ya dəstək aksiyasıdır. Bu xidmətə qoşulmaqla "Qaynarinfo" saytının daha yüksək standartlarla və daha keyfiyyətli xidmət göstərməsini dəstəkləmiş olursunuz. Əvəzində bəzi istisnalarla, bütün premium materiallara giriş əldə edir, saytı reklamsız modunda izləmiş olur, zaman-zaman bir çox kampaniyalardan yararlana və bonuslar əldə edə bilirsiniz. 

KƏŞFƏ ÇIXIN: "Qaynarinfo"nun bir çox başqa funksiyaları da var. "Açar sözlər" kimi klassik yanaşma bu dəfə tamam fərqli bir anlamda qarşınıza çıxacaq. Saytın bir çox yerində dizaynı özünüz dəyişə bilər, xoşunuza gələn materialları reklama yerləşdirə, başqalarıyla paylaşa bilərsiniz. "Vacib xəbərlər", "Yadda saxla" kimi funksiyalardan istifadə etməklə vaxtınıza qənaət etmək imkanı qazanacaq, əldə etdiyiniz bonusları (1 bonus= 1 AZN) saytın premium imkanlarından bəhrələnmək üçün istifadə edə bilərsiniz. Yuxarıda qeyd etdiyimiz kimi, zaman-zaman daha yeni funksiyarla üzləşəcəksiniz. Ona görə də, "Qaynarinfo"da qeydiyyatlı olmaq daimi bir kəşf prosesidir. Bundan zövq almağa çalışın!

Qaynarinfo-nun hazırladığı özəl materialların böyük çoxluğunu oxumaq və saytın premium funksiyalarından istifadə etmək üçün qeydiyyat tələb olunur. Qeydiyyat sizin maraqlarınızı nəzərə almaq və yadda saxlaya bilmək, nəticədə tədricən sizə daha çox maraqlarınıza uyğun xəbərlər təqdim etmək üçündür. Qeydiyyatlı xəbərlər oxucuya özəl bir xidmətdir. Qaynarinfo-nun yazılı icazəsi olmadan onların üçüncü tərəfə ötürülməsi, yayılması, tirajlanması qadağandır. Əgər qeydiyyatlı xəbər ödənişsizdirsə, onu üçüncü tərəf yalnız qeydiyyatdan keçməklə oxuya bilər.

Xüsusi zəhmət, vaxt tələb edən bəzi premium materialları oxumaq ödənişli olacaq. Əksər hallarda bu məbləğ simvolik xarakter daşıyacaq. Bu xəbərləri alıb oxumaq həm də həmin səpkidə fəaliyyətimizi dəktəklədiyiniz anlamına gələcək. Biz də maksimum sizə faydalı olmağa çalışacağıq. Digər tərəfdən, bir çox müəlliflər, analitik və ekspertlərin materialları ödənişli təqdim olunacaq. Bu həm də hansı müəllif və ekspertlərə etimad və tələbin olduğunu müəyyənləşdirmək, habelə onların intellektual əməyini qonorar şəklində qiymətləndirə bilməyimiz üçün bir vasitədir.  Siz aylıq abunə metodlarından birini seçməklə cüzi bir məbləğ ödəyib, ay ərzində bütün ödənişli yazılara giriş əldə edə bilərsiniz. Bu sizi hər bir yazıya görə, ayrıca ödəniş etmək və daha çox xərc çəkmk əziyyətindən azad edəcək.

Abunəlik hər şeydən öncə Qaynarinfo-ya dəstək aksiyasıdır. Sizə daha yaxşı və keyfiyyətli materiallar hazırlaya bilməyimiz, xidmət standartlarımızı yüksəltəyimiz üçün bu dəstək vacibdir. Üstəlik abunəçilərimiz saytda heç bir reklam banneri görməyəcək, zaman-zaman əlavə bonus və kampaniyalardan bəhrələnə biləcəklər. 
Abunəliyin bir çox metodları var: 

1. Fərdi Abunəlik (aylıq, 3 aylıq, 6 aylıq və illik). 

Fərdi abunəlik oxucuların abunə ola bilməsi üçün nəzərdə tutulub. Siz büdcənizə uyğun olaraq 1, 3, 6 aylıq və ya illik abunə ola bilərsiniz.


2. Korporativ abunəlik: yalnız illik (10, 15 və 20 nəfərlik).

Bu abunəlik metodu daha çox şirkətlər, qurumlar üçün nəzərdə tutulub. Şirkətlər bir hesab üzərindən bir çox əmkdaşına illik giriş izni təmin edə bilər.