Ekonomiks 14:35 09.10.2023

Şəhid və qazi ailələrinin fərdi yaşayış evləri qazlaşdırıldı (VİDEO)

Lerik rayonunun Züvüç kənd sakinləri bu aydan etibarən artıq odunun yox təbii qazın istisinə isinəcəklər. Bunu deməyə əsas verən səbəb isə SOCAR "Azəriqaz” İB-nin plana uyğun olaraq Züvüç kəndində işlərə yekun vurmasıdır. 

Digər bir məqam isə Birliyin hər zaman öz ənənəsinə sadiq qalmasıdır ki, burada da şəhid ailələri və qazilər daim diqqət mərkəzindədir. Daha dəqiq desək, təbii qazla yeni təmin olunan Züvüç kəndində şəhid ailələrinin yaşadığı fərdi yaşayış evləri SOCAR "Azəriqaz” İB-nin vəsaiti hesabına qazlaşdırılıb. 

Mavi yanacağın verilməsi ilə əlaqədar əvvəlcə 1-ci Qarabağ müharibəsi şəhidi Lətif Ağayevin ailəsi ilə görüş baş tutub. Daha sonra 44 günlük Vətən müharibəsi şəhidi Şahin Tahirlinin ailəsi ziyarət olunub. Təbii qazın verilişi təmin edildikdən sonra şəhidlərin əziz xatirəsi yad edilib.

Daha ətraflı video materialda: