Dünya 18:44 18.07.2022

Ərdoğan İsveç və Finlandiyaya xəbərdarlıq etdi

Türkiyə NATO-ya üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib.

Qaynarinfo "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı Alyansa üzv olan bütün ölkələrin məlumatlandırıldığını bildirib.

"Şərti razılığımızı üzv dövlətlərlə bölüşdük. Bir daha sizə xatırlatmaq istəyirəm ki, əgər bu ölkələr bizim şərtlərimizi yerinə yetirmək üçün lazımi addımları atmasalar, biz prosesi donduracağıq", deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri, xüsusən İsveçin razılaşmanın şərtlərini yerinə yetirmədiyini vurğulayıb.

Ərdoğan vurğulayıb ki, Türkiyənin mövqeyi konkretdir, geridə qalan məsələləri İsveç və Finlandiya bilər.