Dünya 13:52 17.06.2022

Google-un Rusiyadakı törəmə şirkəti özünü müflis elan etdi

Google-un Rusiyadakı törəmə şirkəti Moskva Arbitraj Məhkəməsinə müflis olmaq üçün müraciət edib.

Qaynarinfo xəbər verir ki, mayın sonunda Google MMC "maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi" səbəbindən iflas elan etmək planlarını açıqlayıb.

Google nümayəndələri izah edib ki, təşkilatın bank hesabına həbs qoyulandan sonra maaşların verilməsində problemlər yaranıb, nəticədə Rusiya Federasiyasında ofisin işi qeyri-mümkün olub.

Xatırladaq ki, may ayında məhkəmə icraçıları Google və Meta-dan (şirkət Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınıb və qadağan edilib) 17 milyon rubl məbləğində cərimələr toplamağa başlayıb.
 
Alpər