Dünya 22:22 26.03.2024

İsveç 300-dən çox rusa sığınacaq verməyəcək

2024-cü ildə 300-ə yaxın Rusiya vətəndaşı İsveçdən sığınacaq axtaracaq, lakin onların əksəriyyətinin Skandinaviya ölkəsində qaçqın kimi qalmasına icazə verilməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə TV4 telekanalı məlumat yayıb.

Hökumətin statistikasına görə, rusların təxminən 10-20%-nin İsveçdə yaşamağa davam etməsinə icazə veriləcək. Bu ölkənin miqrasiya xidmətinin fikrincə, Rusiyanın silahlı münaqişə tərəfi olması özlüyündə sığınacaq verilməsi üçün kifayət qədər əsas deyil.

İsveç hakimiyyəti hesab edir ki, ruslar səfərbər oluna və Ukraynaya döyüşə göndərilə biləcəklərini sübut etməli olacaqlar.

İsveç Miqrasiya Xidmətinin rəhbəri Karl Bexelius bildirib ki, Rusiya böyük ölkədir və 18-60 yaş arası kişilərin hamısının səfərbər olmaq riski yoxdur.

Onun fikrincə, qaçqın ərizəsi ilə bağlı müsbət qərarın verilməsi üçün obyektiv əsaslar təqdim edilmədən rusiyalı kişilər buna ümid etməməlidir.

Aydın