Dünya 18:24 01.07.2022

Kissincerdən Ukraynadakı müharibəyə son qoymaq üçün üç variant

Rusiya-Ukrayna münaqişəsi üç yolla həll oluna bilər və hansının həyata keçirilməsindən asılı olaraq Şimali Atlantika Alyansı zəifləyəcək və ya güclənəcək.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer "The Spatator” nəşrinə müsahibəsində deyib.

Onun fikrincə, birinci ssenari rus qoşunlarının bu günə qədər tutduğu mövqelərdə qalacağını və beləliklə, "Ukraynanın 20%-ni və Donbasın böyük hissəsini, əsas sənaye və kənd təsərrüfatı rayonlarını və Qara dəniz boyunca bir zolağı” alacağını nəzərdə tutur. Kissincer əmindir ki, belə bir variant Rusiyanın qələbəsi olacaq, NATO-nun əhəmiyyəti isə əvvəllər düşündüyü kimi "həlledici olmayacaq”.

Onun sözlərinə görə, ikinci variant Rusiyanın xüsusi əməliyyat başlamazdan əvvəl nəzarəti ələ keçirdiyi Krımdan qovmağı nəzərdə tutur. ABŞ-ın keçmiş dövlət katibinin fikrincə, belə olan halda Rusiyanın özü ilə müharibə məsələsi ortaya çıxacaq”.

Kissincer hesab edir ki, üçüncü variant - Kiyev Rusiyanın qarşısını saxlaya bilir, qarşıdurma xətti isə müharibə başlamazdan əvvəlki sərhədlərə "sıxılır" – bu, rəsmi Moskvanın itirməsi demək olacaq. O, izah edib ki, bu halda Ukrayna yenidən silahlanacaq, onunla NATO arasında sıx əlaqələr qurulacaq və ya ölkənin özü alyansın bir hissəsi olacaq.

Keçmiş dövlət katibi hesab edir ki, Ukrayna prezidenti Volodimir Zelenski üçüncü variantı həyata keçirmək qərarına gəlib.

Üstəlik, Kissincer əlavə edib ki, bu ssenari Qərb ölkələri üçün "əhəmiyyətli nailiyyət” olacaq, NATO Finlandiya və İsveçin qoşulması ilə daha da güclənəcək, Ukrayna isə "Avropada ən böyük quru qoşunlarına” malik olacaq.

Keçmiş dövlət katibi əmindir: "Yaxın tarixdə ilk dəfə olaraq Rusiya Avropanı nüvə qüvvələri ilə qoruyan əsas halqa kimi Amerika ilə deyil, bütövlükdə Avropa ilə yanaşı yaşamaq zərurəti ilə üzləşməli olacaq".
 
Alpər