Dünya 14:57 03.10.2022

Kreml işğal olunmuş torpaqlarının hansı sərhədlər daxilində ilhaqına qərar verməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, işğal olunmuş Xerson və Zaporojye vilayətlərinin sərhədləri hələ müəyyən edilməyib və bu, "əhalinin iradəsindən asılı olacaq”, lakin bu ərazilərdə yeni "referendumlar” olmayacaq.

Qaynarinfo bu barədə TASS-a istinadla xəbər verir.

Onun sözlərinə görə, Rusiya işğal olunmuş Xerson və Zaporojye vilayətlərinin sərhədləri ilə bağlı "yerli əhali ilə məsləhətləşmələri davam etdirəcək”. Eyni zamanda Peskov iddia edir ki, bu ərazilərdə yeni psevdoreferendumların keçirilməsi planı yoxdur.

Sentyabrın 30-da Dmitri Peskov Xerson və Zaporojye vilayətlərinin dəqiq hansı sərhədlərlə tanınacağı sualına cavab verə bilməyib, lakin o, Donetsk və Luqansk vilayətlərinin 2014-cü ilin sərhədləri daxilində olduğunu bildirib.
 
Alpər