Xəbər lenti

Ölkə 19:35 18.01.2024

Lənkəranda ər-arvad dəm qazından boğularaq öldü

Lənkəranda iki nəfər dəm qazından boğulub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakinləri - Cəfərov Murad Aydın oğlu və onun həyat yoldaşı Cəfərova Bənövşə Abduləli qızı yaşadıqları evdə ölmüş vəziyyətdə tapılıblar. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?