İdman 21:34 22.09.2022

"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyununda Azərbaycan yığmasını qəbul edəcək Slovakiya seçməsinin heyətində dəyişiklik olub.

"Report"un məlumatına görə, qapıçı Martin Dubravka zədə səbəbindən düşərgədən kənarlaşdırılıb. 33 yaşlı qolkiperi Polşa "Pyast"ının üzvü Frantişek Plax əvəzləyib.

Müqavilə ilə İngiltərənin "Nyukasl" klubuna məxsus olan Dubravka icarə əsasında "Mançester Yunayted"də çıxış edir.

Qeyd edək ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılacaq Slovakiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.