İdman 15:22 01.10.2022

Məşhur basketbolçu bu klubu aldı

Məşhur basketbolçu, basketboldan kənar investisiyaları ilə tanınan amerikalı basketbolçu Lebron Ceyms piklbol klubu alıb.

Qaynarinfo xəbər verir ki, əvvəllər "Boston Red Soks" (MLB), "Pitsburq Pinqvins" (NHL), "Liverpul" (Premyer Liqa) və "Ruş Fenvey Rasinq" kimi komandalara sərmayə qoyan Ceyms Amerikada sürətlə böyüyən piklbol klubuna investisiya yatırmaq qərarına gəlib. Adı açıqlanmayan komandaya Ceyms və onun iş ortağı Mavrik Carterin ailə şirkəti olan "LRMR Ventures" rəhbərlik edəcək.

Onun komandasının 2023-cü ildə komandaların sayının 12-dən 16-ya yüksəldiləcəyi və oyunçuların mükafat alacağı, qiyməti iki milyon dollardan çox olan turnirdə mübarizə aparacağı açıqlanıb.

Piklbol badminton, tennis, stolüstü tennis və viffl topunun (beysbola bənzər idman növündə istifadə olunan top-red.) hibridindən ibarət raketkalarla oynanılan idman növüdür. Bu, iki və ya dörd oyunçunun iştirak etdiyi, badminton meydançasına bənzər, 91 santimetr hündürlüyündə, bərk ağacdan və ya kompozit kürələrdən ibarət tor dəstinin olduğu meydançada polimer topla oynanılır. Matçlar 11, 15 və ya 21 xalla oynanılır və iki xal üstünlüyü ilə razılaşdırılmış rəqəmə ilk çatan komanda qalib gəlir. Hər matç maksimum üç setdən ibarətdir. Bu oyun zamanı hər iki tərəfin meydançasına dəyib sıçrayış edənə qədər topa toxunmağa icazə verilmir. Hər dəfə top meydançanın hüdudları daxilində yerə bir dəfə dəyməlidir. Əks təqdirdə xallar rəqib komandaya verilir. Yəni bir növ tennisdəki kimi.

Səbuhi Həsənov