İdman 15:19 27.03.2024

Messi karyerasını nə vaxt bitirəcək? (AÇIQLAMA)

"İnter Mayami"nin hücumçusu Lionel Messi artıq oynaya bilməyəcəyini, əylənmədiyini və komanda yoldaşlarına kömək etmədiyini hiss edəndə karyerasını bitirəcəyini deyib.

Qaynarinfo xəbər verir ki, argentinalı ulduz bu barədə özü açıqlama verib.

"Mən özümü çox tənqid edirəm, nə vaxt yaxşı, nə vaxt pis oynadığımı bilirəm", - Messi qeyd edib.

Qeyd edək ki, uzun illər "Barselona"da çıxış edən Messi PSJ-də 2 oynadıqdan sonra 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu olub. Bu, ulduz futbolçunun karyerasında ilk belə kubokdur. 2023-cü ilin payızında o, karyerasında səkkizinci "Ballon d'Or" mükafatını qazanıb.

Aydın