Foto 17:58 07.12.2023

Naftalan şəhərində keçirilən aksiyada cəmi 4 müraciət ünvanlandı (FOTO)

SOCAR-ın "Azəriqaz” İB-nin "Səyyar qəbul otağı” Naftalan şəhərində təşkil olunub. Aksiyada 10-a yaxın vətəndaş iştirak etsə də, mikrofon önünə cəmi 4 nəfər çıxıb. 

4 abonentdən isə yalnız 1 nəfər qaz təchizatında üzləşdiyi problemi səsləndirib. O da Namiq Qurbanovun həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı ünvanladığı müraciət olub. 

Digər 3 abonent Birliyin operativ fəaliyyətinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. 

Gəncə RQİİ-nin rəhbər şəxsləri səsləndirilən problem və təklifləri qeydiyyata alıblar.