Maqazin 12:56 18.09.2022

Podyumdan cəbhəyə: Ukraynalı gözəl müharibədə yaşadıqlarını anlatdı (FOTO)

Ukraynanın gözəllik kraliçası Yevgeniya Prokopenko Britaniya mətbuatına müharibədə başına gələnləri danışıb. Aylardır davam edən Ukrayna müharibəsini ölkə ordusu ilə cəbhə xəttində yaşayan 35 yaşlı qadının "Daily Star” qəzetinə açıqlamalarını təqdim edirik.

2012-ci ildə Ukrayna gözəli seçilən və "Miss World"un finalçısı olan Yevgeniya Prokopenko ölkəsindəki işğala dözməyərək dəbdəbəli həyatından və parlaq karyerasından imtina edərək ordu sıralarına üz tutub.



Yevgeniya 6 ay əvvəl ailəsi və yaxınları ilə vidalaşaraq Rusiya ordusuna qarşı qarşı döyüşən ukraynalı əsgərlərə kömək etmək üçün feldşer kimi səngərə yollanıb. 

"Daily Star”a danışan Yevgeniya son 6 ayda iki əks həyat yaşadığını bildirib: "Mən mülki həyatda tamam başqa şeylərlə məşğul olurdum. Şəxsi işim var idi. Mülki həyatda "formam” dikdaban ayaqqabı və iş kostyumu idi. Müharibədə isə hərbi geyim və "beret".



Qəzet yazır ki, Yevgeniyanın cəbhə yoldaşları bu yaxınlarda İzüm şəhərini rus qoşunlarından azad edib.

6 ay əvvəl yaşadıqlarını bir gün yaşayacağına heç vaxt inanmadığını qeyd edən 35 yaşlı qadın "Mən burada cəbhədə feldşerəm. Yaralıları döyüş meydanlarından çıxarıram. Biz ilkin tibbi yardım göstəririk", deyib.



Ukraynalı qadınların özlərini inamlı və güclü göstərmək istədiyini vurğulayan Yevgeniya ön cəbhəyə getməkdən çəkinmədiklərini əlavə edib.

Rus dilində səlis danışdığını bildirən keçmiş gözəllik kraliçası "Ona (Putinə) deyəcək sözüm yoxdur. Çünki Putinlə danışmaq yox, hərəkət etmək lazımdır. Onun üçün yalnız bir gülləm var", deyib.



Aydın