Ekonomiks 14:32 26.09.2023

Rəislə sahibkar arasında qalmaqalla bağlı qərar - “Çənlibel” cərimələndi

Lerik rayonunda yerləşən məşhur "Çənlibel Restoran və Hotel İstirahət Mərkəzi”nin rəhbəri barəsində məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin rəisi Xalid Ələkbərlinin rəhbərliyi ilə İstirahət Mərkəzində yoxlama keçirilib. 

Lerik rayon 22-ci kmdə yerləşən "Çənlibel” İstirahət Mərkəzində qabaqcadan məlumatlandırma əsasında AQTA əməkdaşları yoxlama aparmaq istəsə də, mərkəzin sahibi Elxan Hacıyev tərəfindən buna şərait yaradılmayıb. İstirahət mərkəzinin mətbəxtinin qapısı onların üzünə bağlanıb və fəaliyyət göstərmələrinə imkan verilməyib.

Hətta agentliyin işçiləri Elxan Hacıyevlə mobil telefonla əlaqə yaratsalar da, müəsisisənin sahibi onlara hədə-qorxu gələrək, dövlət qurumunun əməkdaşalrını ərazidən uzaqlaşdırıb. 
 


Elxan Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Sahibkar məhkəmədə özünü təqsirli bilməyərək deyiv ki, əvvəllər həmin obyeki işlətsə də, 2022-ci ilin sentyabr ayından İstirahət Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Həmçinin vergi ödəyicisi kimi fəaliyyəti dayandırlıb. Qeyd edib ki, agentliyin işçiləri tərəfindən obyektə baxış zamanı orada təmir işləri gedib və heç bir müştəri qəbul edilməyib. Odur ki, barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə "Çənlibel” İstirahət Mərkəzinin sahibi İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 3000 manat miqdarında cərimə olunub.

Əhməd