Dünya 10:47 03.10.2022

Türkiyə Qara dəniz qaz hasilatında böyük addım atdığını açıqladı

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Qara dənizdə qaz hasilatında "daha bir böyük addım” atıldığını, qrafikdən kənarlaşmanın olmadığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə nazir öz "Twitter" hesabında yazıb.

"Qara dəniz qazında daha bir addım arxada qaldı. Hər gün hədəfimizə addım-addım yaxınlaşırıq. Dənizin dibində kordon xətti çəkəcək "Seven Arctic" gəmisi Türkiyənin Sakarya qaz yatağında böyük obyektlər inşa edir", - o qeyd edib. 

Öz növbəsində, Türkiyə Neft Şirkətinin (TPAO) baş direktoru Melih Xan Bilgin "Sakarya qaz yatağının işlənməsi layihəsinin mühüm mərhələlərindən birinin” tamamlandığını açıqlayıb.

Xatırladaq ki, Türkiyə Qara dənizdəki Sakarya yatağından 540 milyard kubmetr qazın çıxarılması və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacaq.
 
Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə gəlməlidir. Dönməz bildirib ki, Qara dənizdə kəşf edilən qazın dəyəri 400 milyard dollardır.
 
Alpər