Foto 08:42 21.09.2022

Türkiyənin ən gözəl qızı seçildi (FOTOLAR)

Türkiyədə geniş tamaşaçı kütləsinin izlədiyi "Miss Türkiyə 2022” yarışmasının nəticələri açıqlanıb.

Qaynarinfo xəbər verir ki, Türkiyənin ən gözəl qızı adına Nursena Say layiq görülüb.

İkinci yerə isə Aleyna Şirin seçilib.

Üçüncü yeri 1984-cü ildə Avropa gözəli seçilən Neşe Erberkin qızı Selin Erberk Qurdikyan tutub.

Qeyd edək ki, 24 yaşlı Nursena Say bu titulla Türkiyəni "Miss World” yarışmasında təmsil etmək hüququ qazanıb.