Dünya 11:24 02.10.2022

Uduzan komandanın azarkeşləri dava saldı, 174 nəfər öldü

İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində 174 nəfər ölüb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ölənlər arasında iki polis əməkdaşı da var.

Qeyd olunub ki, iğtişaşlar "Arema” və "Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.

Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.

Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda 100-dən insan yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.