İdman 14:45 27.03.2024

Yığmamız Dünya Kubokunda iştirak edəcək

31 mart - 11 aprel tarixlərində Taylandın Phuket şəhərində ağırlıqqaldırma üzrə Dünya Kuboku keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 466 (235+231) atlet iştirak edəcək. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılacaqlar.

Heyət aşağıdakı kimidir:

Qadın: Nazilə İsmayılova (45 kq);

Kişilər: İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi - 73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).