10 min dollara civə satmaq istəyərkən tutuldu (VİDEO)
10 min dollara civə satmaq istəyən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətdinən Qaynarinfo-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs - Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.
Fakla bağlı cinayət işi başlanılıb. Toğrul Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər