Xəbər lenti

Dünya 13:13 24.02.2024

13-cü sanksiyalar paketinin Rusiya üçün nəticələri nə olacaq? - Kremldən baxış

Rusiya iqtisadiyyatı Qərbin yeni sanksiyalarına həssas ola bilər, çünki əvvəllər Rusiya Federasiyasına məhdudiyyətlərdən yan keçməyə kömək edən xarici şirkətlər ikinci dərəcəli məhdudiyyətlərə məruz qalmışdılar. 

Qaynarinfo xəbər verir ki, bu fikri "Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin direktoru Aleksey Zubets deyib.

"Rusiyanın xaricdəki tərəfdaşlarına təzyiq onların əlində qalan ehtiyatlardan biridir və bu, ciddi alətdir. Lakin bu tədbirlər kritik ziyana səbəb olmayacaq, əksinə, ölkə daxilində istehsalın inkişafı üçün stimulu gücləndirəcək”, - iqtisadçı deyib.

Xatırladaq ki, bir gün əvvəl Aİ Şurası nəhayət ki, yeni anti-Rusiya sanksiyalar paketini təsdiqləyib. Buraya Rusiya Federasiyasından olan 194 fiziki və hüquqi şəxs daxildir. Hindistan, Şri Lanka, Çin, Serbiya, Qazaxıstan, Tailand və Türkiyədən bir sıra şirkətlər ikinci dərəcəli sanksiyalara məruz qalıb.

Bu arada ABŞ da Rusiya və xarici şirkətlərə yeni ixrac məhdudiyyətləri elan edib. Sanksiya siyahısına ümumilikdə 93 hüquqi şəxs daxil edilib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?