Ölkə 15:12 07.12.2022

13 sm qar yağan Daşkəsəndə vəziyyət necədir?

Hava şəraitinə baxmayaraq, Daşkəsəndə hər kəs iş başındadır. Heç bir dövlət müəssisəsində iş dayanmayıb.

Bunu Qaynarinfo-ya Daşkəsən rayon İcra Hakimiyyəti kəskin hava şəraiti nəticəsində qeydə alınan 13 sm qar örtüyünə aydınlıq gətirərkən deyib. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən verilən məlumata görə, 13 sm qar yağsa da, bütün məktəblər açıqdır:

"Bütün yollar açıqdır, tədris işləyir, məktəblilərin dərsə davamiyyətində heç bir problem yoxdur. Qaz, işıq var, bütün kommunal xidmətlər qaydasındadır. Yol İdarəsi gecədən lazımı yolları təmizləyib”.

Bahar Rüstəmli