Ölkə 09:49 01.02.2024

15 yaşlı Ayla faciəvi şəkildə öldü

Qubada 15 yaşlı qız dəm qazından boğulub.

"Qafqazinfo” xəbər verir ki, dünən saat 18 radələrində rayonun Hacıhüseynli kəndində 2009-cu il təvəllüdlü Ayla Zeynal qızı Vəlixanova hamam otağında huşsuz vəziyyətdə tapılıb. O, xəstəxanaya aparılsa da, vəfat edib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.