İdman 17:39 07.11.2023

17 yaşlı futbolçu əfsanəvi braziliyalının rekordunu qırdı

"Palmeyras"ın 17 yaşlı hücumçusu Endrik Braziliya millisinə dəvət alıb.

Qaynarinfo-nun məlumatına görə, bu dəvətdən sonra gənc futbolçu fenomen Ronaldonun rekordunu təkrarlayıb. 

Braziliya Milli Komandasına dəvət olunan ən gənc futbolçu adının yeni sahibi oldu. 2006-cı il təvəllüdlü Endrik braziliyalı əfsanə Ronaldonu geridə qoyaraq milliyə çağırılan ən gənc futbolçu olub. Əfsanəvi braziliyalı ilk dəfə milliyə 18 yaşında dəvət almışdı.

Mövsümün sonunda "Real"a transferi rəsmiləşəcək Endrik sürətlə inkişaf edən istedadlardan hesab olunur. Braziliya millisinin Kolumbiya və Argentina ilə oyunları üçün heyəti aşağıdakı adlardan ibarətdir:

Qapıçılar: Alisson ("Liverpul", İngiltərə), Ederson ("Mançester Siti", İngiltərə), Lukas Perri ("Botafoqo", Braziliya)
Müdafiəçilər: Emerson ("Tottenham", İngiltərə), Renan Lodi ("Marsel", Fransa), Karlos Auqusto - ("İnter", İtaliya), Bremer ("Yuventus", İtaliya), Qabriel Maqalhes ("Arsenal", İngiltərə)  Markinyos (PSJ, Fransa), Nino, ("Fluminense", Braziliya)
Yarımmüdafiəçilər: Andre ("Fluminense", Braziliya), Bruno Gimaras - ("Nyukasl", İngiltərə), Duqlas Luiz ("Aston Villa", İngiltərə) Joelinton - ("Nyukasl", İngiltərə) Rafael Veyqa - ("Palmeyras"), Rodriqo, ("Real", İspaniya)
Hücumçular: Endrik ("Palmeyras", Braziliya), Qabriel Jesus - ("Arsenal", İngiltərə), Qabriel Martinelli - ("Arsenal", İngiltərə), Vinisius Junior ("Real", İspaniya) Joao Pedro, ("Brayton", İngiltərə), Paulinho ("Atletico Mineyro", Braziliya), Pepe ("Porto", Portuqaliya"), Rafinya, ("Barselona", İspaniya)

Səbuhi Həsənov