Cənubi Afrikalı müdafiəçi Oşvin Andris həyatını itirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, gənc futbolçunun şənbə günü CAR-ın paytaxtı Keyptaunda bıçaqlanaraq qətlə yetirildiyi təsdiqlənib.
Andris son beynəlxalq yarışlarda Cənubi Afrikanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı olub. Onun klubu "Stellenbosch" da Andrisin vaxtsız vəfatı ilə bağlı açıqlama verib. Klubun təmsil etdiyi Stellenboş şəhərində anadan olan Andris debütünü ölkə çempionatında "Orlando Pirates"ə qarşı oyunda edib. O, keçirdiyi 8 matçda 1 qol vurub.
Fevralın 24-də Andrisin 20 yaşı tamam olacaqdı.
Səbuhi Həsənov
Şərhlər