Ölkə 10:24 09.12.2021

Bu gün şəhid olan hərbçimizin fotosu

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Qaynarinfo xəbər verir ki, gecə saatlarında Kəlbəcərdə baş verən atışma zamanı Şəhid olmuş Əliyev Asif Adil oğlu Siyəzən rayonundandır. Yanvar ayında xidmətini başa vuracaqmış.

Allah şəhidimizə rəhmət etsin!