İdman 11:53 06.01.2023

2022-ci ilin ən yaxşı gənc futbolçusu məlum oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı gənc futbolçusunun adını açıqlayıb.

Qaynarinfo IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə millisinin və Almaniya Bundesliqası təmsilçisi "Borussiya”nın (Dortmund) üzvü Cud Bellingem ən yaxşı gənc futbolçu seçilib. 20 yaşlı yarımmüdafiəçi 115 xalla bütün rəqiblərini geridə qoyub.

İkinci yeri Almaniya yığmasının üzvü Camal Musiala (95 xal), üçüncü pilləni isə 55 xalla xorvatiyalı Yoşka Qvardiol tamamlayıb.

2021-ci ildə bu nominasiyanın qalibi olan ispaniyalı yarımmüdafiəçi Pedri, 6-cı yerdə qərarlaşıb.

Səbuhi Həsənov