İdman 13:55 20.12.2023

23 ildən sonra komandanı Premyer Liqaya qaytaran məşqçi ilə yollar ayrıldı

"Nottingem Forest" baş məşqçisi Stiv Kuperlə yollarını ayırıb.

Qaynarinfo-nun məlumatına görə, klubun verdiyi açıqlamada 44 yaşlı uelsli məşqçinin istefaya göndərildiyi və ona xidmətlərinə görə təşəkkür edildiyi bildirilib.

Britaniya mətbuatında yer alan xəbərlərə görə, "Nottingem Forest" Səudiyyə Ərəbistanı təmsilçisi "Al-İttihad”dakı vəzifəsindən ayrılan portuqaliyalı Nuno Espirito Santo ilə danışıqları davam etdirir.

23 ildən sonra "Nottingem Forest"i Premyer Liqaya çıxaran Kuper bu mövsüm gözləntiləri doğrulda bilmədi. Komanda hazırda 14 xalla Premyer Liqada  turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Səbuhi Həsənov