Ekonomiks 15:32 22.11.2023

3 milyon borcu yaranan naxçıvanlı iş adamına "stop" qoyuldu

3 milyon manata yaxın vergi borcu olan naxçıvanlı iş adamının ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, bütün tiplərdən olan yaşayış binaların, o cümlədən koteclərin, çoxmənzilli evlərin tikintisi həyata keçirən "ENERJİ-AZ" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 923 128,69 manat vergi borcu yaranıb. 

Bu barədə şirkətin qanuni təmsilçisi, Naxçıvanın Babək rayonu Cəhri kəndində doğulan 1980-cı il təvəllüdlü Məmmədov Vüsal Məmməd oğluna xəbərdarlıq edilib. 

Dövlət Vergi Xidmət Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsində vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün iş adamı barəsində məhkəmə müraciət edib. 

Məhkəmənin qərarı ilə Vüsal Məmmədovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

Əhməd