Dünya 17:35 14.10.2023

4,5 milyard illik asteroidin Yerə gətirilən nümunələrinin ilk görüntüləri (FOTO)

NASA 4,5 milyard illik "Bennu” asteroidindən Yerə gətirilən nümunələrlə bağlı toplantı keçirib.

Trend-in məlumatına görə, toplantıda kosmosun dərinliklərindən nümunələrin ilk görüntüləri və analizlər nəticəsində ortaya çıxan ilk tapıntılar paylaşılıb.

Görüntülərdə toplanmış nümunələrin qara toz və qayalardan ibarət olduğu görünür. NASA-nın məlumatına görə, ilkin tapıntılar 4,5 milyard illik asteroidin gözlənildiyi kimi karbonla zəngin olduğunu ortaya qoyub. Bundan əlavə, agentlik asteroiddə su olduğunu da açıqlayıb. Hər ikisinin həyatın təməl daşı olması bu araşdırmanın nə qədər əhəmiyyətli olduğunun göstəricisidir.

Qeyd edək ki, 2016-cı ildə başlayan tarixi "OSIRIS-Rex” missiyası 24 sentyabr 2023-cü ildə tamamlandı. Bu tarixdə NASA Yerə 4,5 milyard illik "Bennu” asteroidindən nümunələr gətirdi. Günəş sistemimizin əmələ gəlməsi haqqında da məlumat vermək potensialına malik olan nümunələr 17 gündür ABŞ-ın Texas ştatındakı Jahnson Kosmik Mərkəzində araşdırılıb.