Xəbər lenti

Dünya 10:09 25.10.2023

48 ildə qadınların ilk ümumi tətili - Aksiyaya baş nazir də qatıldı

İslandiyada 1975-ci ildən bəri qadınların ən böyük ümumi tətili çərşənbə axşamı baş tutub və on minlərlə insan ölkədə gender bərabərliyinə nail olmaq üçün daha güclü tədbirlər tələb edib.

Qaynarinfo bu barədə "The Guardian"a istinadən xəbər verir.

Ən böyük etiraz aksiyası təxminən 25 min qadının toplaşdığı İslandiyanın paytaxtı Reykyavikdə keçirilib. Onlar, eləcə də ölkənin 400 min əhalisi olan digər şəhərlərinin sakinləri "Siz buna bərabərlik deyirsiniz?” şüarı ilə tətilə çıxıblar.

İslandiyanın baş naziri Katrin Yakobsdottir Reykyavikdə tətilə qoşularaq planlaşdırılan hökumət iclasını ləğv edib.


Katrin Yakobsdottir

"The Guardian"a verdiyi müsahibədə o, 2030-cu ilə qədər İslandiyada tam gender bərabərliyinə nail olmağı hədəflədiyini və ölkənin maaş fərqi, cinsi zorakılıq və cinsi təcavüz kimi böyük problemləri həll etmək üçün əlindən gələni etdiyini söyləyib. 

Son 48 ildə ilk dəfə təşkil olunan tətilin təşkilatçıları bunun iş yerlərinin iflicinə səbəb olduğunu bildiriblər. Bütün İslandiyada məktəblər və uşaq bağçaları bağlanıb və yalnız bir bank açıq olub. 
 


1975-ci ildə keçirilən qadınların ümumi tətilində İslandiya qadınlarının 90%-i iştirak edib və ölkədə dramatik dəyişikliklərə, xüsusən də qadınların siyasi partiyasının yaradılmasına və dünyada ilk dəfə qadının prezident seçilməsinə səbəb olub.

İslandiya gender bərabərliyinə görə qlobal reytinqlərə başçılıq etsə də, bəzi peşələrdə qadınlarla kişilər arasında maaş fərqi hələ də 21% təşkil edir. Tətil təşkilatçıları həmçinin qeyd edirlər ki, ənənəvi olaraq "qadın” peşələrində, məsələn, təmizlik və uşaqlara və qocalara qulluq etmək sahələrində daha aşağı maaş təklif olunur. 

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?