Ölkə 12:07 11.04.2023

"5 avroya olan dərmanı Azərbaycanda 150-170 manata satılır" - Deputat

"Azərbaycanda dərmanlar Almaniyadan 20 dəfə baha satılır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

"Başa düşürəm yol xərci və digər xərclər var. Amma bunun da bir həddi olmalıdır. 5 avroya olan dərmanı burada 150-170 manata satmaq insafdan deyil. Dərman gətirən ayrı adam, satan ayrı adam, yoxlayan ayrı adam olmalıdır. Ancaq bizdə bunun hamsını eyni adamlar həyata keçirir. Qiyməti ucuz etmək üçün də tərkibini dəyişdirirlər", deyə deputat qeyd edib.
 
Qafqaz Rafiqoğlu