Dünya 19:15 25.01.2023

ABŞ-dan Ukraynadakı korrupsiya qalmaqalı və işdən qovulma paradına reaksiya

Ukraynadakı korrupsiya qalmaqalı ABŞ-dan milyardlarla dollarlıq hərbi və humanitar yardıma aid deyil. Vaşinqton bütün xərcləri diqqətlə izləyir.

Qaynarinfo xəbər verir ki, bu barədə Unian-ın dərc etdiyi məlumatda deyilir.

"Biz ABŞ-ın Ukraynaya göstərdiyi bütün yardım formalarına lazımi nəzarəti təmin etmək üçün öz məsuliyyətimizi son dərəcə ciddi qəbul edirik... Bayden administrasiyası ABŞ-ın yardımından hər hansı sui-istifadədən xəbərsizdir”, - ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.

Eyni zamanda, o qeyd edib ki, Ukraynada genişmiqyaslı dağıntılar hərbi, iqtisadi və humanitar yardımları izləmək imkanlarını çətinləşdirir. Bundan əlavə, ABŞ rəsmisi qeyd edib ki, Vaşinqton Zelenskinin korrupsiya ilə mübarizə və məmurları məsuliyyətə cəlb etmək üçün atdığı "çevik və qəti addımını alqışlayır”.

Ukraynada korrupsiya qalmaqalı 

Yanvarın 21-də hüquq-mühafizə orqanlarının əməkdaşları icma inkişafı nazirinin müavini Vasili Lozinskini avadanlıq və mexanizmlərin alınması üçün müqavilələrin bağlanmasına köməklik etdiyi üçün 400 min dollar rüşvət alarkən saxlayıblar. Həmin gün o, tutduğu vəzifədən azad edilib.

Yanvarın 24-də Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi rüşvət transferinin ehtimal təşkilatçısı üçün 100 milyon qrivnadan çox məbləğdə girov qoyulması alternativi ilə həbs qətimkan tədbiri seçib. Eyni zamanda, Lozinskinin özü də gecə-gündüz ev dustaqlığına göndərilib.

Ukrayna Silahlı Qüvvələrində qida qalmaqalı

"Zerkalo Nedeli” xəbər verir ki, Müdafiə Nazirliyi 1000 qrivna nizamnamə kapitalı olan bir şirkətlə "törəmə” şirkəti kimi istifadə edərək 13 milyard qrivnalıq müqavilə imzalayıb. Hələ mediada yayılmamışdan əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosu hərbçilər üçün ərzaq alınması ilə bağlı araşdırmaya başlayıb.

Yanvarın 23-də müdafiə naziri Aleksey Reznikov bu məlumatı təkzib edərək bildirib ki, media mövcud olmayan sənəddən "nələrisə” yayıb.

Yanvarın 24-də məlum olub ki, qalmaqal fonunda müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov vəzifəsindən azad edilməsini istəyib.

Alpər