Dünya 19:09 06.01.2023

ABŞ Finlandiyaya 320 milyonluq taktiki raket və bomba satışını təsdiqlədi

ABŞ administrasiyası Finlandiyaya AIM-9X Block II taktiki hava-hava raketləri və AGM-154 Birgə Dayanıqlı Silah idarəolunan bombaları, habelə ümumilikdə 323,3 milyon dollarlıq müvafiq avadanlıqları satmaq qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS hökumətlərarası razılaşmalara əsasən, xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Müdafiə sahəsində Əməkdaşlıq və Təhlükəsizlik Departamentinə istinadən məlumat yayıb.

Ümumilikdə Finlandiya 40 AIM-9X Block II raketi və 48 AGM-154 JSOW hava bombasının satışını xahiş edib.

"Təklif olunan satış Finlandiyanın göy-göy və yer-göy silahları baxımından döyüş qabiliyyətini təkmilləşdirəcək, həmçinin ABŞ-ın Şimali Avropa ölkələri ilə münasibətlərinə müsbət təsir göstərəcək. Finlandiya bu silahlardan və əlaqəli xidmətlərdən öz döyüşçülərinin istifadəsi üçün yararlanmaq niyyətindədir”, - sənəddə deyilir.

Vaşinqtonun nöqteyi-nəzərindən bu silahların satışı "regionda əsas hərbi balansın dəyişməsinə gətirib çıxarmayacaq”.

ABŞ-ın milli qanunvericiliyinə uyğun olaraq, mövcud razılaşmaların həyata keçirilməsinə icazə Dövlət Departamenti tərəfindən verilir. Qəbul edildikdən sonra ABŞ administrasiyası qərarla bağlı Konqresə məlumat verib. İndi ABŞ qanunverici orqanının bu hərbi müqaviləni öyrənmək və ola bilsin ki, onu bloklamaq üçün 30 gün vaxtı var.

Alpər