Xəbər lenti

Dünya 13:35 12.10.2022

ABŞ və Səudiyyə arasında münaqişə pik həddə çatdı: Bayden hədələdi

"OPEC+”in gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarı ilə bağlı ABŞ və Səudiyyə Ərəbistanı arasında münaqişə ən yüksək həddə çatıb. Prezident Co Bayden ABŞ Konqresi ilə Ər-Riyadla münasibətlərə yenidən baxılması məsələsini müzakirə edəcəyinə söz verib.

"Hansı variantları nəzərdən keçirəcəyim və ağlımda olanların təfərrüatlarına varmayacağam. Lakin bunun nəticələri olacaq”, - deyə Bayden CNN-ə müsahibəsində bildirib.

Ukraynada müharibə başlayandan sonra ABŞ prezidenti və onun administrasiyası dəfələrlə Səudiyyə Ərəbistanını dünya bazarına neft tədarükünü məhdudlaşdırmamağa və mümkünsə, artırmağa çağırıb. OPEC+ ölkələri Baydenin iyulda Ər-Riyad səfərindən sonra neft tədarükünün simvolik artımı barədə razılığa gəliblər. Lakin ötən çərşənbə, oktyabrın əvvəlində Brent neftinin qiyməti 85 dollar/barelə endikdən sonra hasilatı əhəmiyyətli dərəcədə azaltmağa getdilər.

Səudiyyə Ərəbistanının qərarı ABŞ siyasətçiləri arasında etiraz dalğasına səbəb oldu. Xüsusilə, xarici əlaqələr komitəsinin sədri, demokrat senator Robert Mendes tədarükün azaldılması Rusiyanın Ukraynadakı müharibəsinə "maliyyə dəstəyi” verəcəyini bildirib. O, bu bəyanatı bazar ertəsi Rusiya raketlərinin Ukrayna ərazisində mülki infrastruktura kütləvi raket hücumundan sonra verib.

Mendez əlavə edib ki, o, Səudiyyə Ərəbistanı ilə yeni silah satışı və təhlükəsizlik sahəsində əməkdaşlığa qarşı çıxacaq.

Bayden və ABŞ siyasətçilərin hədəsi ilə bağlı S.Ərəbistanın mövqeyi özünü çox gözlətməyib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan neft tədarükün azaldılması ilə bağlı qərarın siyasi deyil, sırf iqtisadi olduğunu bildirib.

"OPEC+”ın qərarı sırf iqtisadi idi və təşkilata üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilib", - bin Fərhan "Əl Ərəbiyyə” ilə söhbətində bildirib. Onun sözlərinə görə, OPEC+ üzvləri məsuliyyətlə hərəkət edib və lazım olan hər şeyi ediblər.

Səudiyyə Ərəbistanının xarici işlər naziri əlavə edib ki, "bizim Birləşmiş Ştatlar ilə əlaqələrimiz qurulduğu andan institutlaşdırılıb”. Onun sözlərinə görə, ABŞ-Səudiyyə hərbi əməkdaşlığı hər iki ölkənin maraqlarına uyğundur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->