Dünya 15:20 22.02.2024

ABŞ yardımı təsdiqləməsə, Ukrayna nə edəcək? - Zelenski cavab verdi

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ yardımına alternativ tapmaq çox çətin olacaq. Bu olmasa, getdikcə daha çox Ukrayna hərbçisi "xəstəxanalıq olacaq”.

Bu barədə Qaynarinfo "Fox News”a istinadən xəbər verir.

"Əlbəttə, buna bənzər bir şey tapmaq çətin olacaq. Təbii ki, biz bir yerdə qalmayacağıq. Sağ qalmalı və yaşamalıyıq. Paralel yerlər, paralel qaydalar tapmalıyıq. Amma siz başa düşürsünüz ki, bu, əsas məsələdir və bu, çox vacibdir”, - o bildirib.

Zelenski vurğulayıb ki, ABŞ-ın yardımı olmadan getdikcə daha çox "qəhrəmanlar xəstəxanalarda yatacaq”. 

"Çünki həqiqi müdafiəniz və mərmili güclü artilleriyanız yoxdursa, əlbəttə ki, insanları itirəcəksiniz”, - deyə prezident əlavə edib.

Qeyd edək ki, ABŞ bir neçə aydır, Ukraynaya yardım üçün yeni maliyyə ayıra bilmir.

Bu yaxınlarda ABŞ Senatı Ukraynaya 60 milyard dollar nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Amma onun qüvvəyə minməsi üçün sənəd Nümayəndələr Palatası tərəfindən dəstəklənməli və prezident Co Bayden tərəfindən imzalanmalıdır.

Nizami Bağırov