Foto 11:04 15.01.2024

Abşeronda qəribə olay: "Prius" qəbiristanlığa girdi (FOTOLAR)

Abşeron rayonunda qeyri-adi yol qəzası olub.

Trend sosial şəbəkələrə istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi ərazisində baş verib.

Belə ki, qarlı-şaxtalı hava şəraitində yolun buz bağlaması səbəbindən 77 DK 286 dövlət qeydiyyat nişanlı "Toyota Prius” sürüşərək qəbiristanlığa girib. Nəticədə avtomobil qəbiristanlıqdakı başdaşını zədələyib.

Hadisədən görüntüləri təqdim edirik: