Ekonomiks 19:55 25.11.2023

“Açıq mikrofon” aksiyası davam edir

"Azəriqaz” İB-nin "Açıq mikrofon” aksiyası davam edir.

Qaynarinfo xəbər verir ki, aksiya növbəti həftə (27,28,30 noyabr və 1 dekabr tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda keçiriləcək.

Aksiya həftənin 1-ci günü Ağstafa rayonunun Köçəsgər kəndində (poçtun qarşısı), 2-ci günü Daşkəsən rayonunun Quşçu kəndində (İcra nümayəndəliyinin qarşısı), 4-cü günü Qazax rayonunun Kosalar kəndində (İcra nümayəndəliyinin qarşısı), 5-ci günü isə Tovuz rayonunun Azaflı kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq.

Bildirilib ki, vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.