İdman 14:14 03.10.2022

AFFA Canni De Byazi haqqında qərar verəcəyi tarixi açıqladı

Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi postundakı taleyinə aydınlıq gələcəyi vaxt açıqlanıb.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, oktyabrın 4-də qurumun İcraiyyə Komitəsinin (İK) növbəti iclasında bəlli olacaq.

İK saat 15:00-da start götürəcək toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.

Bundan əlavə, iclasda digər məsələlərə də baxılacaq:

- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə
- Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi
- Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi
- Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi
- Digər məsələlər
 
Səbuhi Həsənov