"Neftçi" heyətində legioner oynatdığına görə AFFA tərəfindən cərimələnib.
Qaynarinfo-nun məlumatına görə cəza qərarı qurumun İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub.
Belə ki, AFFA tərəfindən Yüksək Qızlar Liqasının 6-cı turunun "Sumqayıt” – "Neftçi” matçında 18 nömrəli Nyah Marie Petcu adlı legioner oyunçunun ehtiyat heyətdə yer almasına görə Bakı klubuna xəbərdarlıq edilib.
Ancaq "Neftçi" bu xəbərdarlığa məhəl qoymayaraq sözügedən oyunçunu 7-ci turda, 8 №-li İOEUGiM-la (Bakı) qarşılşamada meydana buraxıb. Nəticədə "Neftçi"-yə 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA Yüksək Qızlar Liqasının Əsasnaməsinin 6.7-ci bəndinə görə sözügedən çempionatda legioner oyunçunun iştirakına icazə verilmir.
Səbuhi Həsənov
Şərhlər