İdman 15:20 23.12.2022

AFFA Tovuzdakı qalmaqalla bağlı qərar verdi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmalarına aid olunan iclasda qaydaları pozanlarla bağlı aşağıdakı qərarlar çıxarılıb.

"Qəbələ” – "Qarabağ” oyununda "Qəbələ” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.).

"Neftçi” – "Zirə” oyununda "Neftçi” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.).

"Neftçi” – "Zirə” oyununda "Zirə” komandasının 19 nömrəli oyunçusu Təmkin Xəlilzadə oyunun 120+1-ci dəqiqəsində ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).

"Neftçi” – "Zirə” oyununda "Zirə” komandasının 21 nömrəli oyunçusu Hacıağa Hacılı oyunun 120+2-ci dəqiqəsində ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).

"Turan Tovuz” – "Kəpəz” oyununda "Turan Tovuz” komandasının 1 nömrəli oyunçusu Tərlan Əhmədli oyundan sonra ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).

"Turan Tovuz” – "Kəpəz” oyununda "Turan Tovuz” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə "Turan Tovuz” klubu 4000 manat cərimə edilsin ( maddə 41.7.).

"Turan Tovuz” – "Kəpəz” oyununda meydana kənar əşyaların atılmasına görə " Turan Tovuz” klubu 1600 manat cərimə edilsin ( maddə 51.1.).

"Turan Tovuz” – "Kəpəz” oyununda kənar şəxslərin meydana daxil olmasına görə "Turan Tovuz” klubu 1600 manat cərimə edilsin ( maddə 49.2.).

"Turan Tovuz” – "Kəpəz” oyununda pirotexniki vasitələrdən istifadə edildiyinə görə "Turan Tovuz” klubu 800 manat cərimə edilsin ( maddə 51.2.).

"Turan Tovuz” – "Kəpəz” oyununda "Kəpəz” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə "Kəpəz” klubu 4000 manat cərimə edilsin ( maddə 41.7.).

"Turan Tovuz” – "Kəpəz” oyununda "Kəpəz” komandasının 9 nömrəli oyunçusu Mate Kvrikvia oyundan sonra ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).

"Turan Tovuz” – "Kəpəz” oyununda "Kəpəz” klubunun azarkeşləri tərəfindən stadiona dəymiş ziyan (oturacaqların sındırılması) "Kəpəz” klubu tərəfindən tam ödənilsin (maddə 49.4.).
 
Səbuhi Həsənov