Dünya 14:00 30.12.2023

Afrika liderlərinə “Vladimir Putin mükafatı” veriləcək

Afrika xalqlarının azadlığı uğrunda mübarizəyə görə Prezident Vladimir Putin adına Beynəlxalq Mükafat afrikalı siyasətçilərə veriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə təşkilat komitəsinin sədri Mahamadi Savadoqo TASS-a bildirib

Dekabrın 28-də mükafatın təqdimat mərasimi Burkina-Fasonun paytaxtı Uaqaduquda baş tutub.

"Biz istərdik ki, mükafatlandırma mərasimi Moskvada keçirilsin və şəxsən Vladimir Putin tərəfindən təqdim olunsun. Təbii ki, dəyişikliklər ola bilər”, - deyə Mahamadi Savadoqo agentliyə bildirib. Onun sözlərinə görə, mükafat "başqalarını suverenliyi müsbət və konstruktiv şəkildə müdafiə etməyə ruhlandırmaq üçün katalizator ola bilər”.
Vladimir Putin mükafatının təqdimatı dekabrın 28-də Uaqaduquda baş tutub. Onun təsisçisi Kot-dİvuar yazıçısı, "Afrikada Vladimir Putinə tam dəstək” ictimai təşkilatının üzvü Solven Takuedir. Mahamadi Savadoqonun sözlərinə görə, mükafat müstəqil siyasət yürüdən Afrika liderlərinə veriləcək.

Nizami Bağırov