Xəbər lenti

Ölkə 12:49 23.02.2024

Ağdam stadionuna Qurban Qurbanovun adının verilməsi təklif olundu

"Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin".

Qaynarinfo  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib:

"Ağdamda tikiləcək stadiona bizə bu sevinci yaşadan klubun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif edirəm. Dünya təcrübəsində də bu kimi halla müşahidə etmişik. Məsələn, Şenol Günəş adına bu addım atılıb. Qurban Qurbanov illər sonra yerli klubu Avropa platformasına çıxardı, uğurlu nəticə göstərdi. Biz də onun üçün bu addımı ata bilərik", deyə deputat qeyd edib.
 
Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?