Xəbər lenti

Ölkə 13:49 22.02.2024

Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapıldı (FOTO/YENİLƏNİB)

Ağdamda 4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, axtarış rayonun İmamqulubəyli qəsəbəsində aparılır.

Meyiti axtarılan şəxsin qəsəbə sakini, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızı olduğu bildirilir.

Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Bu gün evin həyətyanı sahəsində baxış keçirilib. Hazırda kənddən keçən su kanalında axtarışlara başlanıb.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?