Ölkə 13:52 09.10.2022

Ağdamda minaya düşən şəxslər Bakıya gətirilir

Ağdamda piyada əleyhinə minaya düşərək xəsarət alan hər iki şəxs müalicə aldığı xəstəxanadan təcili tibbi yardım maşınları vasitəsilə Bakıya gətirilir.

"Report"un məlumatına görə, oktyabrın 8-də Ağdamda piyada əleyhinə minaya düşərək xəsarət alan- 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu Bərdə Diaqnostika Mərkəzindən təcili tibbi yardım briqadasının həkimlərinin nəzarəti altında Bakıya, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilir.

Onların vəziyyəti orta-ağır olaraq qaldığı bildirilir.

Xatırladaq ki, hadisə Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində təmizlənməmiş ərazidə, müəyyən olunan marşrutdan kənarda baş verib.

Hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır.